Suriya prezidenti Bashar al-Assad deyib ki, müxalifət sülh danışıqlarına qatılsa, onlarla istənilən məsələnin müzakirəsinə hazırdır.
Suriyada sülhlə bağlı danışıqların keçirilməsini Rusiya, Türkiyə və İran təklif edib. Danışıqlar yanvarın 23-də Astanada olmalıdır. Yanvarın 9-da fransalı jurnalistlərlə söhbətində Assad komandasının görüşə hazır olduğunu söyləyib.
Suriya müxalifəti danışıqlara qoşulmaq məsələsini, hələ ki, müzakirə edir.
Dünənki müsahibəsində Assad «müxalifət» dedikdə, Qərbə, ya da Səudiyyə Ərəbistanına arxalananları deyil, real Suriya müxalifətini nəzərdə tutduğunu vurğulayıb.
O ki qaldı gələcək prezident seçkilərində iştirakına, Bashar əl-Assad hələ bir şey planlamadığını, bu məsələnin Suriya xalqının iradəsindən asılı olduğunu söyləyib.