Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 23:28

Ukrayna müxalifəti mühacirət hökuməti yaratmağa hazırlaşır


Mykola Azarov

Ukrayna müxalifəti Moskvada mühacirət hökuməti yaratmağa hazırlaşır.

Bunu “İzvestiya” qəzetinə müsahibəsində Ukraynanın keçmiş baş naziri, “Ukraynanı xilas komitəsi” nin rəhbəri Nikolay Azarov deyib.

“Mühacirət hökumətinin yaradılması üçün müvafiq vəziyyət və şərait yetişməlidir. Hakimiyyəti qanunsuz ələ keçirən indikihakim elita praktiki funksiyasını yerinə yetirə bilməyəndə və xalq alternativ hakimiyyət tələb edəndə, belə bir şərait yaranacaq”, deyə Azarov bildirib.

Azarov hesab edir ki, Moskva “Doroqomilovsk” məhkəməsinin 2014-cü ildə Ukraynadakı hadisələri çeviriliş hesab eləməsi, “Ukraynanı xilas komitəsi” ninin bu yöndə apardığı mübarizədə ilk addımdır.

Azarov bu istiqamətdə növbəti addımlar atılacağını, beynəlxalq məhkəmələrə müraciət ounacağını bildirib.

O həmçinin qeyd edib ki, əldə olan sübutlar Ukrayna məhkəmələrini də onun şikayətinə baxmağa məcbur edəcək.

Qeyd edək ki, Ukraynada başlayan “Maydan” hərəkatı 2014-cü ildə keçmiş rusiyapərəst prezident Viktor Yanukoviçin ölkədən qaçması ilə nəticələndi və hakimiyyətə indiki prezident Petro Poroshenkonun rərhbərliyi ilə qərbpərəst qüvvələr gəldi.

Bundan sonra Rusiya Krımı ilhaq elədi, Ukraynanın şərqində isə rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında döyüş başladı.

Həmin vaxtdan bu yana Ukraynanın şərqində 9 mindən çox adam ölüb.

XS
SM
MD
LG