Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 17:50

Vəkil məhbus köçkünlərlə görüşə bilmir


Köçkünlərin aksiyası. Foto arxiv.

«Keçən ilin sonunda Biləsuvarda məskunlaşan Cəbrayıl rayon köçkünlərinin elektrik enerjisinin kəsilməsinə etiraz olaraq keçirdikləri etiraz aksiyasına görə həbs edilənlərlə görüşümə, hələ də, icazə verilməyib».

Bunu AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib.

Vəkilin deməsinə görə, görüşün bu qədər yubanmasına səbəb ölkə prokurorluğuna göndərdiyi müraciətə gec cavab verilməsidir: «Mən müraciəti keçən ilin sonunda göndərmişəm, hələ ki, cavab yoxdur».

E.Sadıqov deyib ki, bu həbslərdən apellyasiya şikayəti verilib və buna Şirvan Apellyasiya Məhkəməsinə baxılacağı gözlənilir: «Düzdür, hələ, Apellyasiya Məhkəməsinin vaxtı müəyyən edilməyib. Amma bu həftədən o yana keçəcəyini düşünmürəm», - deyə E.Sadıqov bildirib.

XATIRLATMA

Bu il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsindən narazılıqlarını dilə gətiriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.

Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı 3 nəfərin saxlandığı bildirilirdi.

Məlumatda qeyd edilirdi ki, Gülağa Əliməmmədov, Cəlal Quliyev və İlkin İsgəndərov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar CM-in 186.2.2 (özgə əmlakı məhvetmə, partlatma və yandırma ), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittiham edilirlər.

Rəsmi məlumatda o da qeyd edilirdi ki, 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 1 xidməti avtomobilin şüşələri sınıb.

Ancaq sakinlər AzadlıqRadiosuna bildirmişdilər ki, hadisələr zamanı cəmi bir polis xəsarət alıb, aksiyaçılar arasında xəsarət alanlar isə çoxdur.

Sonradan daha 2 nəfərin eyni ittihamla həbs edildiyi bildirildi. Elçin Sadıqov onlardan Cəlal Quliyev və Zaur Feyruzlunun vəkilidir.

Multimedia

XS
SM
MD
LG