Fransanın Müdafiə Nazirliyi xəbərdarlıq edib; ölkəyə kiber hücumların sayı artır. Nazir Jean-Yves Le Drian-ın dediyinə görə, artım son 3 ildə xüsusilə güclənib, təkcə ötən il Müdafiə Nazirliyi 24 min hücumun qarşısını alıb.
Müdafiə naziri aprel və may aylarında Fransada prezident seçkilərinə müdaxilə cəhdlərinin olacağını istisna etməyib.
Yanvarın 6-da ABŞ-ın kəşfiyyat agentliklərinin hesabatında Rusiyanın ölkədə seçkiyə müdaxiləsiylə bağlı ittihamların təsdiqləndiyi deyilir. Kəşfiyyatın məlumatına görə, rus hakerləri ABŞ rəsmilərinin e-mail-lərinə müdaxilə etmiş, Donald Trump-ın qələbəsinə yardım etməkdən ötrü genişmiqyaslı əməliyyat aparmışlar.
Kreml ittihamları rədd edir.