Yanvarın 8-də İsrailin Qüds şəhərində yük maşınının piyadaların üstünə sürülməsi nəticəsində 4 nəfər ölüb. 13 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.
İsrail rəsmiləri hadisənin terror hücumu olmasından şübhələnir. Polis isə bunun terror olduğunu bildirib.
Hadisə Qüdsün Köhnə Şəhər hissəsində baş verib.
Hamas qruplaşması hücumu üstünə götürməsə də hadisəni "qəhrəmanlıq" adlandırıb.
2015-ci ildən İsraildə bıçaq, silah, maşın sürməklə belə hücumlar baş verir.