Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 19:52

Vəkili Rüfət Səfərovla görüşüb


Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri

Yanvarın 6-sı həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovla onun vəkili Bəhruz Bayramov görüşüb. Vəkil qeyd edib ki, R.Səfərov son günlər onunla bağlı baş verənlərdən narahatdır.

«Onun saxlandığı kameraya 25 illik məhkumluq həyatı yaşayan şəxsi salıblar. Rüfət Səfərov bunun arxasında xoş niyyət dayandığını düşünmür. Onun bildirdiyinə görə, həmin şəxs 1992-ci ildən məhkumluq həyatı yaşayır. Bu müddət ərzində bir neçə dəfə azadlığa buraxılsa da, qısa müddətdən sonrayenidən həbsxanaya qayıtmalı olub. Sonuncu dəfə 2016-cı ilin yay aylarında Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilib», - vəkil bildirib.

R.Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanır. Vəkil keçmiş müstəntiqin kamerasına belə bir şəxsin salınmasının qeyri-qanunu olduğunu da qeyd edib.

«Baş verənlər hüquqa ziddir. Müdafiə etdiyim şəxsə qarşı bu münasibət anlaşılan deyil. Bu, Penitensiar Xidmətin təlimatlarına və Cəzaların İcrası Məcəlləsinə də ziddir», - vəkil bildirib.

Dünən, yanvarın 5-i keçmiş müstəntiqin atası da oğlunun həyatına təhlükə olması barədə açıqlama vermişdi.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən R.Səfərovun atasının və vəkilinin açıqlamalarına, hələlik, münasibət almaq mümkün olmayıb.

MÜDAFİƏ KOMİTƏSİ DƏ NARAHATDIR

R.Səfərovun Hüquqlarını Müdafiə Komitəsi də son günlər baş verənlərlə bağlı öz narahatlığını ifadə edib.

«Biz Müdafiə Komitəsi olaraq Penitensiar Xidmətin bu sayaq qeyri-qanuni hərəkətini məqsədli və zərərli hesab edirik. Tələb edirik ki, baş verənlərə məsuliyyətlə yanaşılsın və yaradılan problem tez bir zamanda öz həllini tapsın»- deyə Müdafiə Komitənin açıqlamasında qeyd edilir.

XATIRLATMA

Rüfət Səfərov 2015-ci il dekabrın 20-də ölkədə qanunsuzluqların baş verdiyini bildirərək, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. İstefanın ardınca həmin prokurorluqda yoxlama və onun yaşadığı kirayə mənzildə axtarış aparılıb. Ötən il yanvarın 15-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvətalma) maddəsi ilə ittiham irəli sürülüb və Rüfət Səfərov həbs olunub. Bir həftə sonra - yanvarın 22-də Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatəti təmin edib.

2016-cı il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərova 9 il həbs cəzası kəsib. Keçmiş müstəntiq ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG