Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:49

Astanada keçiriləcək Suriya danışıqlarının vaxtı bəlli oldu


Mevlut Cavusoglu

Yanvarın 23-də Astanada Suriya ilə bağlı sülh danışıqları keçiriləcək.

Bunu “Bloomberg” agentliyinəTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O həmçinin qeyd edib ki, rusiyalı ekspertlər sammitə hazırlıq məqsədilə yanvarın 9-10-da Ankarada olacaqlar.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl danışıqların Astanada keçirilməsi ilə bağlı türkiyəli həmkarı Racep Tayyip Erdoganla razılıqğa gəldiklərini bildirmişdi.

Putinin sözlərinə görə Astana sammiti Cenevrə danışıqlarını tamamlaya bilər.

Çavuşoğlu həmçinin Ankara ilə Moskvanın, Suriyada atəşkəs rejimini pozanlara qarşı tədbirlər planı hazırlanmasında da əməkdaşlıq etdiklərini bildirib.

XS
SM
MD
LG