İstanbulda gecə klubuna hücum edənin kimliyi məlum olub.
Bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu «Anadolu» agentliyinə müsahibəsində deyib. Nazir şübhəlinin adını açıqlamayıb, onun axtarışda olduğunu söyləyib.
«Doğan» xəbər agentliyi isə bu gün-yanvarın 4-də türk polisinin İzmirdə əməliyyat apardığını, 3 ailəyə aid 27 nəfərin, o cümlədən uşaqların saxlanıldığını yazır.
Yanvarın 1-də İstanbulda gecə klubuna hücum edən şəxs camaatı güllələyib, 39 nəfəri öldürüb, 70 yaralı var.
Hadisəyə görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) üzərinə götürüb.