Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 15:10

A. Axmatova və Borxes də Nobelə namizəd göstəriliblərmiş


Anna Axmatova ölümündən bir neçə il əvvəl "Etna Taormina" mükafatını alır, 1964.

Rus şairəsi Anna Axmatova və Argentinalı yazıçı Xorxe Luis Borxes 1965-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstəriliblərmiş. Bu haqda İsveç Kral Akademiyasının yanvarın 3-də yaydığı açıqlamasında məlum olub. Qaydaya görə Kral Akademiyası Nobelə namizəd olanların adını nə az nə çox 50 il gizli saxlamalıdır.

Şairənin adı Nobelə Goeteburg Universitetinin professoru Hunnar Jacobson və Harvard Universitetinin professoru Roman Jacobson tərəfindən namizəd kimi irəli sürülüb. Anna Axmatova 1966-cı ilin 5 martında dünyasını dəyişib, buna görə də Nobel komitəsi onun namizədliliyini nəzərdən keçirməyib.

Buna da bax: Mahnı sözləri yazaraq Nobel alan ilk şair Bob Dylan deyil Taqoruymuş

Nobel komitəsinin irəli sürdüyü siyahında ümumilikdə 72 yazıçının adı var, onlar arasında iki rus yazıçı Vladimir NabokovKonstantin Paustovskinin də adı olub.

Xatırladaq ki, Anna Axmatovanın adı ilk dəfə 1965-ci ildə Nobelə namizəd kimi irəli sürülüb, ancaq onda İsveç Kral Akademiasının üzvləri bu imzayla maraqlanmayıblar.

Siyahıda həmçinin Samuel Becket, Lui Aragon, Alberto Moravia, Pablo Neruda, Xorxe Luis Borxes-in də adları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG