Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:39

“Trump xofu” BP-ni İranla kontraktlardan çəkindirdi?


Britaniyanın BP şirkəti İranın neft və qaz yataqlarının inkişaf etdirilməsi üçün elan edilmiş tenderlərdə iştirakdan imtina edib.

İran üzərindəki beynəlxalq sanksiyaların qaldırılmasından sonra 30-dək əcnəbi neft şirkətləri ilə ilkin sazişlər və niyyət müqavilələri imzalayıb.

Tehran növbəti 5 ildə xarici şirkətlərin İrana 200 milyard dollar investisiya yatırcağını gözləyir.

İran Körfəzdəki yataqlarını Qərb şirkətləri üçün tenderə çıxarır
İran Körfəzdəki yataqlarını Qərb şirkətləri üçün tenderə çıxarır

Reuters agentliyi bildirir ki, İran 29 şirkətə özünün daha az məhdudiyyətli Iran Petroleum Contract (IPC) modeli üzrə neft və qaz layihələrinə daxil olmaq üçün tenderlərdə iştirak icazəsi verib.

Layihələrə müsabiqəsiz daxil olacaq şirkətlərin arasında Shell, Fransanın Total, İtaliyanın Eni, Malayziyanın Petronas və Rusiyanın Gazprom və Lukoil şirkətləri də var. Qalan şirkətlər Çin, Avstriya, Yaponiya və başqa ölkələri təmsil edirlər.

Total və Shell şirkətləri artıq ötən noyabr və dekabrda Tehranla bir sıra niyyət protokollarını imzalayıblar.

ABŞ-ın ExxonMobil və Chevron kimi iri neft şirkətləri İranla biznesə hələlik can atmırlar.

İran üzərinə qoyulmuş ABŞ sanksiyaları bu ölkədən olan şirkət və vətəndaşların Tehranla işbirliyini qadağan edir.

Lakin Britaniya şirkəti olan BP-nin İranın tenderlərindən iştirakdan imtinası bir qədər təəccüblə qarşılanıb. Çünki BP artıq Tehrandakı iqamətgahını bərpa etmiş və faktiki olaraq İranla neft alış-verişinə başlamışdı.

BP Britaniya şirkəti olsa da...

İri neft şirkətlərinin iştirakı ilə keçirilən mühüm toplantılarda Britaniyanın İrandakı səfiri də iştirak edirdi. O belə yığıncaqlardan birində Britaniya hökumətinin BP-nin İranla əməkdaşlığına dəstək verəcəyini də söyləmişdi.

“Financial Times” qəzeti isə yazır ki, BP təmsilçiləri İran tenderində iştirak etməmək qərarını şirkətin dünyanın bir çox başqa ölkələrində böyük layihələri olması ilə izah ediblər, lakin buna baxmayaraq onlar Donald Trump-ın prezident seçilməsinin də səbəblərdən biri olduğunu gizlətmirlər.

BP Britaniya şirkəti olsa da, rəhbəri Bob Dudley amerikalıdır
BP Britaniya şirkəti olsa da, rəhbəri Bob Dudley amerikalıdır

Qəzet yazır ki, BP Britaniya şirkəti olsa da, səhmdarlarının 40, işçilərinin isə 30 faizi Amerika vətəndaşlarıdır. Bu mənada şirkətin rəhbəri, amerikalı Bob Dudley də istisna təşkil etmir.

Donald Trump seçki kampaniyası ərzində dəfələrlə İranla imzalanmış nüvə sazişini tənqid etmiş və bildirmişdi ki, onun prezident seçiləcəyi təqdirdə ABŞ bu razılaşmadan çıxacaq.

“Financial Times” yazır ki, cənab Trump-ın bu vədinə əməl edib-etməyəcəyi bilinmir, lakin BP bütün hallarda Tehranla münasibətlərin pisləşə biləcəyini nəzərə alıb.

Məqalədə deyilir ki, ABŞ-ın İranla münasibətlərinin gələcəyini Trump-dan daha çox onun dövlət katibliyinə namizədi, ExxonMobil-in keçmiş rəhbəri Rex Tillerson müəyyən edə bilər.

Ekspertlər inanırlar ki, ola bilsin, BP İranla münasibətlərini gələcəkdə başqa çərçivədə qurmağa çalışacaq və hazırkı mövqe “ehtiyatlı keçid taktikasıdır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG