Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 05:50

Zakharova Anqlo-Amerikan məktəblərinin bağlanmadığını deyir


Maria Zakharova

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zakharova Rusiya rəhbərliyinin Moskvadakı Anqlo-Amerikan məktəblərini bağlaması barədə məlumatı təkzib edib.

CNN və digər Qərb KİV-ləri bundan əvvəl ABŞ-ın sanksiyalarına cavab olaraq, Moskvadakı bu cür məktəblərin bağlanması barədə məlumat yaymışdılar.

Zakharova özünün Feysbuk səhifəsində bu məlumatı yalan adlandırıb: “Ağ evin ağlı tamamilə gedib və öz uşaqlarına qarşı sanksiyalar düşünür”, deyə Zakharova bildirib.

Qeyd edək ki, ABŞ bundan əvvəl 35 Rusiya diplomatının 24 saat ərzində ölkədən çıxarılmasını göstəriş verib.

ABŞ-ın maliyyə nazirliyi elə həmin gün haker hücumuna görə, bir sıra Rusiya müəssisələri və vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG