Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 22:24

Köçkün uşaqlarına yemək xərci verilməyəcək


Köçkün uşaqlar

Yanvarın 1-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci ilə bağlı aylıq müavinətin verilməyəcəyi bildirilir.

APA-nın xəbərinə görə, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu il iyulun 29-da verdiyi qərarda öz əksini tapıb. Həmin qərar ilə «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat»da dəyişiklik edilib.

Dəyişikliyə əsasən, 2016-cı il dekabrın 31-dən sonra doğulmuş məcburi köçkün uşaqları yemək xərcindən ötrü aylıq müavinətin verildiyi şəxslərin siyahısından çıxarılıblar.

XS
SM
MD
LG