Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 07:51

Türkiyə parlamenti konstitusiyaya dəyişiklik təklifini qəbul etdi


R.T.Erdoğan

Türkiyə Böyük Millət Məclisi Komissiyası konstitusiyaya dəyişiklik planını qəbul edib. Xəbəri «Anadolu» agentliyi yayıb.

Agentliyin məlumatına görə, prezidentin səlahiyyətlərinin artırılmasını nəzərdə tutan layihəni hakim AK Partiyasından 316 deputat imzalayıb.

Planla bağlı müzakirələr dekabrın 20-dən başlayıb, elə günlər olub ki, gecəyarıya qədər uzanıb. «Anadolu» agentliyi sonuncu günmüzakirələrin 17 saat çəkdiyini yazır.

«Reuters» agentliyinin məlumatına görə, Türkiyə konstitusiyasına dəyişikliklər təklifi gələn yaz referenduma çıxarılacaq.

XS
SM
MD
LG