Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Sentyabr, Cümə, Bakı vaxtı 11:13

Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab verməyə başlayıb


Moskvada ABŞ səfirliyi

Moskvadakı Amerika məktəbi və yay evi bağlanıb.

Məktəbdə ABŞ, Britaniya və Kanadanın Rusiyadakı səfirlik əməkdaşlarının uşaqları təhsil alırmış. CNN Rusiya hökumətinin məktəbin fəaliyyətini dayandırması barədə əmr verdiyini deyir.

Bundan başqa, ABŞ səfirliyinin Moskva yaxınlığındakı yay evi qapanıb.

Dekabrın 29-da ABŞ Moskvadakı Amerika diplomatlarının sıxışdırılmasına cavab olaraq Rusiyanın 35 diplomatını ölkədən qovub və Rusiyanın Nyu-York və Merilenddəki iki diplomatik şəhərciyini bağlayıb.

Rusiya rəsmiləri Ağ evin bu addımına cavab verəcəklərini deyiblər.

Amerikalı rəsmilər Rusiyanı ABŞ-da ötən prezident seçkilərinə müdaxilə məqsədilə siyasi qurumlara haker hücumlarında, D.Trump-ın qələbəsini təmin etməkdə günahlandırırlar.

XS
SM
MD
LG