Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:37

Detektiv Erkül Puaro bu dəfə "Fayton məhəlləsində qətl"i araşdırır


Aqata Kristinin "Fayton məhəlləsində qətl" kitabının üz qabığı
Aqata Kristinin "Fayton məhəlləsində qətl" kitabının üz qabığı

Qanun nəşrlər evi dünyaca məşhur detektiv yazar Agata Christie-nin yeni romanını çap edib. Detektiv janrda olan roman "Fayton məhəlləsində qətl adlanır". Roman baş qəhraman detektiv Erkül Puaronun yeni qətlin açılması ilə bağlı başına gələn maraqlı hadisələrdən bəhs edir. Roman haqda daha ətraflı:

FAYTON MƏHƏLLƏSİNDƏ QƏTL


Bütün ölkənin atəşfəşanlıqla bayram qeyd etdiyi bir axşamda cinayət hadisəsi baş verir. Əlində tapança və baş nahiyəsindən güllə ilə vurulmuş halda gənc qadın meyiti tapılır... Polis bu işin intihar olduğuna şübhə edir. Və bacarıqlı detektiv Erkül Puaro bu işi araşdırmağa başlayır..

İNANILMAZ OĞURLUQ

Silahlı qüvvələr nazirinin evindən dövlət əhəmiyyətli hansısa bir sənədin itməsi onun siyasi karyerasına böyük zərbə deməkdir. Odur ki, bu sənədin ictimaiyyət xəbər tutmadan tapılması çox vacibdir. Beləliklə, bu işi məharətli detektivə, Erkül Puaroya həvalə edirlər...

ÖLMÜŞ ADAMIN GÜZGÜSÜ


İyirminci əsrin ən məşhur detektivi Erkül Puaronun bu dəfə qonaq getdiyi evdə ev sahibi ölmüş vəziyyətdə tapılır. Hər kəs cinayətin açıq-aşkar intihar olduğunu düşünür, lakin Puaro özlüyündə bu fikirlə razılaşmır və cinayəti araşdırmağı qərara alır...

RODOS ÜÇBUCAĞI


Bu dəfə Erkül Puaro dünyanın qayğılarından, problemlərindən bir az uzaqlaşıb istirahət etmək üçün Rodos adasına yollanır. Lakin o, buna müvəffəq ola biləcəkmi? Buradakı məhəbbət üçbucağı ətrafdakılara maraqlı gəldiyi halda, Puaro bu işin nəhs bir hadisə ilə nəticələnəcəyinə inanır...

Tərcümə Afaq Mustafaya məxsusdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG