Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:26

Aleksandr Blok: 'Mavi plaşını geyib o gecə göz yaşı içində məndən ayrıldın...'


Russian poet Alexander Blok (1880-1921)
Russian poet Alexander Blok (1880-1921)

Aygül Qurbanovanın tərcüməsində

Aleksandr Blok (1880-1921)

Şeirlər

Ulduzlar..

Gecədir və yuxulu şəhər

Iri bir pəncərənin ardında

Can çəkişən adam kimidir

Sakit və heybətli..

Pəncərənin önündə..

Pəncərənin önündəsə

Taleyini qınayır biri..

Bağrı açıq ulduzlardadır gözləri

Ulduzlar! Ulduzlar!

Axı nədir kədərimin səbəbi?!

Ulduzlardadır gözləri

Ulduzlar, ulduzlar!

Göstərin mənə

Kədərimin gəldiyi yeri!

Və ulduzlar danışır,

Danışır ona hər şeyi..

.

Buna da bax: Aleksandr Blokun Azərbaycanda ən məşhur soneti

.

Mavi plaş..

İgidliyi, qəhrəmanlığı və şanı

Bu qəddar dünyada unudardım mən..

əgər ki, gözlərin parıldasaydı

zərli çərçivədə masa üstündən..

ancaq ki, gün gəldi, sən çıxıb getdin

gecəyə atıldı nişan üzüyün

artıq başqasının masa üstündən

şirin gülümsədi şirin gözlərin..

günlər bir birini əvəz elədi

şərab və bağlılıq məhv etdi məni

hərdən xəyalını səslədim sənin

sanki səslər oldum öz gəncliyimi

beləcə səslədim, göz yaşı tökdüm

sən isə gəlmədin, laqeyid oldun

mavi plaşını geyib o gecə

göz yaşı içində məndən ayrıldın..

bilmirəm, əzizim, haralardasan,

haranı qürurun eyləyib məskən

səni o plaşda xəyal edirəm

yağmurlu gecədə geyib getmisən..

artıq xəyal da yox, şəfqət də, ün də..

hər şey bitdi, puç oldu gəncliyimdə..

daha gözlərin də şəkildən gülmür..

onu götürmüşəm masa üstündən..

.

Buna da bax: Ruslar ən yaxşı şairlərini seçiblər

.

Rusiya..

Eynən o şanlı illərdəki kimi

Qayışı sallanan, rəngli-rəngli

üç araba təkəri irəliləyir

əyri-üyrü yollarla..

Rusiya! Yoxsul Rusiya!

Göz yaşları kimidir ilk sevgimin

Sənin kül rəngi evlərin

Və küləklə sovrulub gələn

Folklor nəğmələrin..

Sənə necə yazığım gələ bilər ki, Rusiya?

Mən indi yaşamaqdayam öz dərdlərimi

Get, istədiyin cadugərə təslim et

Qatil gözəlliyini..

Qoy bir az sehirləsin səni

Və bir qədər də aldatsın..

Onsuz da bütün bunlar

Itirə bilməz sənin həşamətini

Demirəm bəlkə bir az

Dumanladar, hüzünlədər cizgilərini

Guya nə olacaq ki, bir qayğı daha

Artsa kəndlərinin dərdləri

Artıq damlayan bir damcı

Daşıra bilməz axı nehiri..

Sən osan yenə, Rusiya..

Yenə ormanlar, tarlalar

Sanki gözəl boynunda bir

Boyunbağıdırlar..

Dözə bilməyəcəyin heç nə yoxdur artıq sənin

Yolun ağırlığı da yormaz arabanı

Bir-birini əvəzləyər döngələrin..

Və günəş parlayanda uzaq bir yerdə

Hüzünlü nəğməsi səslənməkdədir arabaçının..

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG