Keçid linkləri

2026, 03 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:10

Dövlət Musiqili Teatrı Təbrizdə tamaşa göstərəcək

Musiqili teatrda "Ər və arvad" tamaşasından bir səhnə.
Musiqili teatrda "Ər və arvad" tamaşasından bir səhnə.

Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçiriləcək Beynəlxalr Teatr Festivalı çərçivəsində Təbriz şəhərində çıxış edəcək.

Bu haqda Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Oxu Zalına bildirib. 35-ci Fəcr Beynəlxalq Teatr Festivalı yeni ilin ilk günlərində . Teatrın kollektivi bu münasibətlə yeni ilin ilk günlərində Təbrizdə baş tutacaq. Festivalda dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyası nümayiş olunacaq. Qeyd edək ki, 1910-cu ildə bu əsərlə - “Ər və arvad” tamaşası ilə bugünkü Azərbaycan Dövlət Musiqili Teatrının əsası qoyulub. Əsər 107 ildir ki, səhnədədir və tamaşaçılarımız tərəfindən ən çox sevilən, böyük maraq və rəğbətlə qarşılanan səhnə əsərlərindən biridir”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib.

XS
SM
MD
LG