Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:01

Yanan binaya görə həbs olunan məmurun vəkili etiraz edir


Azadliq prospektində yanan binanın söndürülmə anı
Gözlə

No media source currently available

0:00 0:00:12 0:00

Azadliq prospektində yanan binanın söndürülmə anı

«Bu məhkəmə aylarla davam elədi. Amma bu müddətdə anlaşılmadı ki, Qəzənfər Novruzov niyə müttəhimlər kürsüsündədir? O, ittiham olunur ki, «Global Construction»la müqavilə imzalayıb. Başa düşdük. Bəs bina üzlənəndən sonra onu qəbul edən, keyfiyyətli olmasına görə imza atanlar haradadır?».

Qəzənfər Novruzov 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub və 2015-ci il mayın 19-da Azadlıq prospektində 15 nəfərin öldüyü bina yanğınına görə həbsdədir. Onun vəkili Nüşabə Ağayeva dekabrın 29-da məhkəmədə çıxışında onun həbsinə etiraz edib.

«SÜBUT YOXDUR»

Q.Novruzov, eləcə də yanğına görə onunla birlikdə mühakimə olunan daha yeddi nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Artıq məhkəmə istintaqı yekunlaşıb, prokuror təqsirləndirilənlərə 5 ildən 10 ilə qədər cəza da istəyib. Hazırda vəkillərin müdafiə çıxışı mərhələsidir.

Buna da bax-Xətaidə bina yanğınına görə həbs olunanlar azadlığa buraxıla bilər

Təqsirləndirilənlərdən biri də Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri olmuş Akif Əlibəyovdur. Amma o, həbsdə deyil.

A.Əlibəyovun vəkili Ramiz Məmmədov deyir ki, onun əməlində cinayət tərkibi yoxdur: «Akif Əlibəyovun təqsirli olmasını təsdiq edən bir dənə də əsaslı sübut yoxdur».

Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Deyib ki, 37 ilin tibb mütəxəssisi törətmədiyi əməldə suçlanır.

HEPATİTDƏN ƏZİYYƏT ÇƏKİR

Ardınca çıxış edən vəkili Nüşabə Ağayeva da Qəzənfər Novruzova bəraət verilməsini istəyib.

«Binanın üzlənməsinə nəzarət edənlər, cavabdeh şəxslər təqsirləndirilənlər arasında yoxdur? Qanunların bu qədər kobud şəkildə pozulduğunu görməmişdim. Əgər ittiham aktında yazılanlar nöqtə-vergülünə qədər təsdiqlənib bu adamlara cəza veriləcəkdisə, onda bu məhkəmə nəyə lazım idi?», – vəkil çıxışında deyib.

Buna da bax-'Müşavirədə prezidenti aldatdılar'

Müdafiəçi onu da qeyd edib ki, hüquqlarını qoruduğu keçmiş məmur ölümcül xəstəliklərdən, o cümlədən Hepatit-dən əziyyət çəkir.

Təqsirləndirilən şəxslər arasında həbsdə olmayan daha bir nəfər var - 70 yaşlı Ağacavad Məmmədov. BDU-nun müəllimi olan, eyni zamanda Dərnəgül Boru Zavodunda işləmiş A.Məmmədov binaya vurulmuş poliuretan üzlüklərə verilmiş rəyə görə suçlanır. Amma vəkili Məzahir Şahmarov onun günahsız olduğunu deyir. A.Məmmədovun əsas iş yerinin BDU olduğunu, onun Dərnəgül Boru Zavodunda müqavilə əsasında işlədiyini deyən müdafiəçinin sözlərinə görə, o, zavod rəhbərliyinin göstərişlərini yerinə yetirib, vəzifəli şəxs olmayıb:

«Sınaq protokollarına da zavodun rəhbərliyi cavabdehdir. Ağacavad müəllimin zavodun daxili işlərinə qarışmaq səlahiyyəti olmayıb. Ağacavad müəllim ürək xəstəliyindən əziyyət çəkir. Məhkəmə dövründə ona görə dəfələrlə təcili yardım çağrılıb».

Vəkili Ağacavad Məmmədova bəraət verilməsini xahiş edib.

Məhkəmə yanvarın 10-da o biri təqsirləndirilənlərin vəkillərinin çıxışı ilə davam edəcək.

Bu şəxslər Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG