Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 03:45

ABŞ Rusiyanı daha sərt sanksiyalarla cəzalandıracaq


Lindsey Graham

Rusiyanın ABŞ-a kiber-hücumlarına sərt sanksiyalarla cavab veriləcək.

Bunu Birləşmiş Ştatların senatorlarından Lindsey Graham (Cənubi Karolinadan olan respublikaçı) söyləyib. O, dünən-dekabrın 28-də Latviyada çıxış edərkən deyib ki, Konqres Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsi məsələsini araşdıracaq. Hər iki tərəfin—respublikaçıların və demokratların razılığıyla tətbiq ediləcək sanksiyalar həm Rusiyaya, həm də birbaşa Rusiya prezidenti Vladimir Putin-in özünə zərbə vuracaq.

Ruslar ittihamları yenə rədd ediblər. Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova deyib ki, Vaşinqton daha sərt tədbirlərə əl atsa, cavabını alacaq. O, Kremllə bağlı ittihamların Ağ evin təxribatı olduğunu söyləyib.

XS
SM
MD
LG