Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:38

Neftin bareli 56 dolları keçdi


Foto arxiv

Dünya birjalarında neftin qiyməti bahalaşır.

Dekabrın 28-də London birjasında “Brent” markalı neftin barreli 0,93 dollar bahalaşaraq 56,09 dollar olub.

“AzəriLayt” markalı neftin barreli isə 55,42 dollara çatıb.

Qeyd edək ki, OPEK-ə üzv və üzv olmayan ölkələr bu yaxınlarda, 2017-ci ilin yanvarından gündəlik neft hasilatının 558 min barel azaldılması barədə razılıq əldə ediblər.

Bundan sonra neftin qiymətinin bahalaşdığı müşahidə olunur.

XS
SM
MD
LG