Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 08:29

'Qaçqınkom' sədri də Astan Şahverdiyevdən danışdı


Əli Həsənov

«Bilmirəm, Astan Şahverdiyev o cür ifadələr işlədib, ya yox... Əvvəla inanmıram ki, o cür deyib. Əgər deyibsə, bu, böyük qəbahətdir».

«Report»un xəbərinə görə, bunu Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

*Youtube Kanalımıza abunə ol - Bu haqda ətraflı videoları izlə

«O cür sözləri necə işlətmək olar?! Onu yaxşı tanıyıram, xalqını, vətənini sevir. Məncə, Astan Şahverdiyev müsahibəsində hər kəsi nəzərdə tutmayıb».

Dekabrın 22-si Cəbrayıl rayonundan olan köçkünlərin məskunlaşdığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz olaraq aksiya keçirilib. Bu zaman polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.

Həmin qəsəbə sakinlərinin rəsmilərlə görüşündən qayıdan deputat AzadlıqRadiosuna müsahibəsində onların ünvanına ağır ifadələr işlədib. Aksiyanı içkili, nəşəli, azğın insanların əməli kimi dəyərləndirən deputat Rusiyaya işləməyə gedənləri də «cəmiyyətin tör-töküntüsü» adlandırıb.

Deputat dekabrın 27-si səhər modern.az saytına müsahibəsində səhvini etiraf edərək xalqdan üzr istəmişdi.

«Mən Astan Şahverdiyev, dekabrın 24-ü AzadlıqRadiosuna verdiyim açıqlama və müxtəlif saytlarda yerləşdirilmiş materiallarda göstərilən məsələlərlə bağlı səhvimi başa düşürəm. Ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqımdan üzr istəyirəm», - deyə o qeyd edirdi.

Xaricdə yaşayan azərbaycanlılar isə Astan Şahverdiyevə müraciətləri davam etdirirlər.

Həmçinin Youtube Kanalımızda baxın:

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG