Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:00

Naxçıvan-Məşhəd qatarına bilet 40 İsveçrə frankıdır


Naxçıvan vağzalı.
Naxçıvan vağzalı.

Dekabrın 29-da Naxçıvan-Məşhəd-Naxçıvan sürət qatarı hərəkətə başlayacaq. Bu sürət qatarı həftədə iki dəfə (dördüncü və bazar günləri) sərnişin daşıyacaq.

Bu haqda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məşhədə bilet var, sərnişin yox...

Üç vaqondan ibarət 108 yerlik qatar Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edəcək. Bir tərəfə biletin qiyməti 40 İsveçrə frankıdır (1 CHF - 1,713 AZN).

Buna da bax:​ Naxçıvandan Tehrana qatar

Naxçıvan və Culfa dəmir yolu stansiyalarında bilet satışına dekabrın 24-də başlanıb. Satış nağd qaydada aparılır. Elektron bilet satışının təşkili tamamlanmayıb.

Bütün hallarda qatar yola düşəcək...

Naxçıvan Dəmir Yolları” MMC-nin yük və sərnişin daşımaları idarəsinin rəisi Mübariz Allahverdiyev “Turan” Agentliyinə deyib ki, bu günə (27 dekabr) olan məlumata görə, hələ ki, bilet almaqdan ötrü müraciət edən yoxdur.

“Bu marşruta olan tələbat haqda bir fikir deyə bilmərəm, çünki, hələ bilet satmamışıq. Amma istənilən halda 29-u qatar yola düşəcək”.

Buna da bax:​ Azərbaycan-İran dəmiryolçuları görüşüb

Naxçıvan daxilində iki qatar (951/952 Ordubad-Şərur sərnişin/yük qatarı və 953/954 Şərur-Culfa sərnişin qatarı) hərəkət edir. Hər iki istiqamətdə hər biri 2 vaqondan ibarət 2 qatar hərəkət edir. Yay mövsümündən ötrü daha 4 vaqon mövcuddur. Bu qatarlar Naxçıvan sakinlərindən savayı, hərbi qulluqçulara da xidmət edir.

“Naxçıvan Dəmir Yolları” MMC-də bildiriblər ki, bilet qiymətlərini Tarif (qiymət) Şurası tənzimləyir. Lakin Şuranın qərarında bu haqda məlumat yoxdur.

Buna da bax:​ Naxçıvandan Məşhədə qatar gedəcək

Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişində öz əksini tapıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG