Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 06:39

Nadia Savchenko Ukraynada yeni hərəkat yaratdı


Nadiia Savchenko

Keçmiş ukraynalı pilot və Ali Radanın deputatı Nadia Savchenko dekabrın 27-də Lvovda keçirdiyi mətbuat konfransında RUNA adlı yeni vətəndaş platformasını təqdim edib.

Savchenko bildirib ki, ölkəyə oliqarxlarla heç bir əlaqəsi olmayan “əsil elita” gərəkdir.

Savchenko separatçı Donetsk və Luqansk vilayətlərinin rəhbərlikləri ilə danışıqlar apardığından, dekabrda deputat seçildiyi “Batkivşina” partiyasının parlamentdəki fraksiyası və Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibindən çıxarılıb.

Qeyd edək ki, Rusiya məhkəməsi bu ilin martında Savchenkonu 2 rusiyalı jurnalistin qətlində əli olmaqdavə sərhədi qanunsuz keçməkdə təqsirli bilərək 22 il azadlıqdan məhrum eləmişdi.

Rusiya prezidenti Vladimir Putin mayın 25-də onu əfv etdikdən sonra o, vətəninə verilib.

XS
SM
MD
LG