Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:55

Türkiyədə 29 polis əməkdaşının məhkəməsi başlandı


İllusturasiya
İllusturasiya

Türkiyədə 15 iyul qiyam çəhdi ilə bağlı 29 polis əməkdaşının məhkəməsi başlanıb.

Onlar qiyamı dəstəkləməkdə və onun təşkilində ittiham olunan Fətullah Gülən hərəkatı ilə əlbir olmaqda ittiham olunurlar.

Qeyd edək ki, 15 iyul qiyamından sonra ölkədə kütləvi həbslər davam edir.

Həmin vaxtdan bu yana polis, hakim, müəllim, hərbçi və digər dövlət qulluqçuları da daxil olmaqla 110 mindən çox adam saxlanıb, həbs edilib və ya işdən kənarlaşdırılıb.

Bu həbslər “Cumhuriyyet” qəzeti də başda olmaqla müxalif yönlü KİV-lərdən də yan keçməyib.

Təkcə “Cumhuriyyet” qəzetindən 10 nəfər həbs olunub.

Ötən həftə isə 54 jurnalistin bank hesabları dondurulub və artıq onların bəziləri həbsdədir.

Onlar dövlət sirrini yayma və terrorçuluğu dəstəkləməkdə ittiham olunurlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG