Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 20:01

Belçikada həbsdəki gənclərə dəstək


Bayram Məmmədov və Qiyas İbrahimov

Dekabrın 25-də Belçikada azərbaycanlı siyasi mühacirlərin yaratdığı Beynəlxalq İnsan Hüquqları Təşkilatının təşəbbüsü ilə “Sint Ursula” İnstitutunda gənc fəallar Bayram MəmmədovQiyas İbrahimovun hüquqlarının müdafiəsinə həsr olunmuş tədbir keçirilib.

Təşkilatın vitse-prezidenti Həcər Abbasovanın “Turan” Agentliyinə verdiyi məlumata görə, ali məktəbin prorektoru Petra Van Den Broeck çıxış edərək, gənc fəallar haqqında məlumat verib. Onların həbs olunmasının səbəbləri barədə danışıb.

Buna da bax:​ Tbilisidə gənclərə dəstək aksiyası

"Bu gənclər narkotik ittihamı ilə 10 il müddətinə həbs ediliblər. Amma əsl səbəb Heydər Əliyevin abidəsində şüar yazmalarıdır", deyə Həcər Abbasovanın sözlərinə görə, prorektor qeyd edib.

Ali məktəbin üzərində fəalların şəkilləri olan köynəklər geyinmiş tələbələrinin Məmmədov və İbrahimova həsr olunmuş mahnı ifa etdikləri bildirilir.

Abbasovanın sözlərinə görə, təşkilat digər siyasi məhbusları müdafiə aksiyaları da planlaşdırır.

Buna da bax: ABŞ-ın ATƏT-dəki səfiri Qiyas İbrahimovu azad etməyə çağırır

Bayram Məmmədov və digər gənc Qiyas İbrahimov mayın 10-da saxlanıblar. Onların ikisinə də narkotiklərlə bağlı ittihamlar irəli sürülərək, hərəsinə 10 il həbs cəzası verilib.

Gənclər məhkəmədə ittihamı qəbul etməyərək, keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək» şüarı yazdıqlarına görə həbs olunduqlarını bəyan ediblər.

Multimedia

XS
SM
MD
LG