Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:08

'Azərbaycan istəsəydi, Britaniya ilə birgə müəssisə yarada bilərdi'


Xəzərdə neft platforması
Xəzərdə neft platforması

Dekabrın 23-də Dövlət Neft Şirkəti (SOCAR) və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun gələcəkdə işlənməsi məqsədi ilə niyyət məktubu imzalayıblar.

BP-dən verilən məlumata görə, bu razılaşma AÇG-nin 2050-ci ilədək işlənməsini əhatələyəcək və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını ortaya qoyacaq. Hazırda AÇG-dən gündəlik təxminən 620 min barrel neft çıxarılır.

Buna da bax-Neftin 141 milyard manatı hansı problemi həll etdi?

ABƏŞ səhmdarları BP, «Chevron», INPEX, «Statoil», «ExxonMobil», TPAO, ITOCHU və «ONGC Videsh» şirkətləridir.

Bu anlaşma «BP ilə yeni, özü də uzunmüddətli dövr üçün Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) müqaviləsi imzalamaq Azərbaycan hökumətinin nəyinə gərəkdir» kimi suallar yaratdı. Sual olunur ki, əvvəlki müqavilənin başa çatmasını, yəni 2024-cü ilin sonunadək gözləmək olmazdımı? Sonra SOCAR öz qüvvəsi hesabına AÇG-də qalmış karbohidrogen ehtiyatlarını çıxara bilməzdimi?

İlham Şaban
İlham Şaban

«RƏSMİ BAKI YAXŞI BAŞA DÜŞÜR Kİ...»

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, qoyulan suallar məntiqlidir:

«Vaxtilə bu yolla Səudiyyə Ərəbistanı getmiş və dünyanın neft nəhəngi «Exxon»un lisenziyasını 1979-cu ildən sonra uzatmamaq qərarına gəlmişdi və beləcə, «Saudi Aramco» şirkəti yaranmışdı. Azərbaycan da, istəsəydi, Britaniya ilə birgə neft müəssisəsi yarada bilərdi və bu şirkət üçüncü ölkələrdə neft hasilatı da gerçəkləşdirərdi. Ancaq görünür ki, rəsmi Bakı hasilat məsələsinin kapitalyönlü sahə olduğunu yaxşı başa düşür və gələcək planlarında neft ticarəti, nəqli, emalı və servisi kimi sahələrdən qazanc götürməyi daha məqsədəuyğun hesab edir. Ona görə də, AÇG-nin gələcək inkişafının məhz yeni HPBS ilə davam etdirilməsi nəzərdə tutulub».

«AZƏRBAYCAN 2024-CÜ İLİN SONUNU GÖZLƏSƏ...»

Bəs, yeni HPBS niyə öncəki müqavilənin müddəti başa çatmamış imzalanacaq? İ.Şaban deyir ki, Azərbaycan 2024-cü ilin sonunu gözləsə, xarici şirkətlər layihəyə investisiya qoymayacaqlar: «Çünki neftin qiyməti aşağı olduqca, qoyduqları çoxmilyardlı investisiyaları geri qaytara biləcəklərinə heç bir qarant yoxdur».

Buna da bax-Gileylənən Şahmar Mövsümova cavab: 'İqtisadçıları kim yetirməli idi?'

Azərbaycanı BP və tərəfdaşlarının AÇG-ni bundan sonra da işlətməsi qane edirmi? «İndiyə qədər 3 milyard barreldən bir qədər artıq neft çıxarılıb. Buna görə 300 milyon dollar bonus ödənilib, təqribən 25 milyarda yaxın vergilər və 121 milyard dollar da Neft Fonduna mənfəət şəklində yığım olub. Qısa müddətdə inanılmaz müasir neft infrastrukturu yaradılıb. BP cəmi 5-6 min nəfərlə həm nefti hasil edir, həm quyular qazır, həm onlara xidmət göstərir, həm də xam nefti dünya bazarına şaxələndirilmiş marşrutla ixrac edir», – deyə iqtisadçı vurğulayır.

Hazırda AÇG-də təqribən 4 milyard barrelə qədər çıxarıla bilən neft qalıb. Təbii ki, həmin neft çətin çıxarıla bilən neftə aid ediləcək: yəni, xərci daha çox olacaq. Ancaq bununla belə, istənilən halda, onun gətirdiyi gəlir Azərbaycandan ötrü önəmli olacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG