Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:26

Azərbaycan 'Barak 8' raketini sınaqdan keçirib


Barak-8
Barak-8

Azərbaycan İsraildən aldığı yeni, yer-hava tipli «Barak 8» raketini sınaqdan keçirib. Sınaq uğurlu olub.

Bu haqda ABŞ-ın «The Jewish Press» qəzeti İsrailin Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Qəzetin məlumatına görə, Azərbaycan bu uzaqməsafəli raket sisteminin yer tipli yeni versiyasını İsrailə sifariş edib. Əldə olunan versiyanın 12 atıcı platforması və 75 zenit-—yer-hava tipli raketi var. «Barak 8» havadan müdafiə, yəni təyyarələrin, vertolyotların, pilotsuz uçuş aparatlarının hücumundan müdafiə üçün nəzərdə tutulub.

Buna da bax-İsrailin 'Dəmir Günbəz' raketləri 'Iskander'ləri vurmağa qadirdirmi?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG