Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 23:08

Berlin terrorunun şübhəlisi öldürüldü


Italiya - Berlin terrorunun şübhəlisi öldürüldü

Almaniyanın paytaxtı Berlində yük maşınını Milad yarmarkasında insanların üzərinə sürməkdə şübhəli sayılan tunisli Anis Amri İtaliyada öldürülüb.

Milanda 2 polis küçədə onun sənədini istəyib, o isə arxa cibindən tapança çıxararaq polislərə atəş açıb. Atışmada öldürülüb.

Bu haqda hadisənin baş verdiyi Milan şəhərinin polisi məlumat yayıb.

Berlindəki terrorda 12 nəfər ölmüş, onlarla insan yaralanmışdı.

Almaniyada sığınacaq istəyən Amriyə "yox" cavabı verilmişdi.

XS
SM
MD
LG