Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:04

"İslam dövləti" qrupu Türk əsgərlərini edam etdiyini deyir


İllüstrasiya

"İslam dövləti" terror təşkilatı video yayaraq iki Türk əsgərini edam etdiyini bildirir.

Videoda hərbi paltarda olan iki nəfər diri-diri yandırılır.

"İslam dövləti" bunu Türkiyə ordusunun Suriyada apardığı əməliyyatlara cavab olduğunu bildirir.

Türkiyə rəsmilərinin xəbərə münasibəti hələ ki bəlli deyil. Müdafiə Nazirliyi bildirib ki, məsələni araşdırandan sonra, videonun gerçək olub-olmadığını incələdikdən sonra açıqlama yayacaq.

Amma video yayılandan sonra Türkiyədə sosial şəbəkələrə giriş çətinləşib.

XS
SM
MD
LG