Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:04

Putin:"buna da biz günahkarıq?"


Putin
Putin

4 saatdan sonra Putinin mətbuat konfransı başa çatıb.

***

Putin yeni seçilmiş ABŞ prezidenti Donald Trumpla nə vaxt görüşəcəyini deməkdə çətinlik çəkib. Ancaq deyib ki, görüşün məqsədi iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq olmalıdır.

***

Rusiya prezidenti Gürcüstanla Rusiya arasında vizasız rejimi istisna etmir, ancaq deyir ki, bunun şərti terrorizmlə mübarizədə əməkdaşlıqdır.

***

Putin: "Rusiya-Çin münasibətləri strateji əməkdaşlıqdan daha böyükdür"

***

Putinə sual verilib ki, Avropa Birliyinin Ukrayna vətəndaşlarına vizasız rejim tətbiq etməsinə necə baxır?

Putin cavab verir ki, o, bunu tam dəstəkləyir. Putin izah edir ki, "Avropada viza rejimi keçmişin qalığıdır. Soyuq müharibə dövrünün qalığıdır".

***

"Açıq deyim, Rusiya təyyarəsinin Türkiyə ali siyasi rəhbərliyinin razılığı olmadan, Rusiya-Türkiyə münasbətlərini korlmaq istəyənlərin əmri ilə vurulması fikrinə şübhə edirdim. Ancaq indi səfirə xüsusi təyinatlının hücumundan sonra mən fikrimi dəyişirəm."

***

Putin 2 saata 21 jurnalistin sualına cavab verib

***

Putinin fikrincə, 2017-ci ilin ikinci yarısına artıq neft bazardan gedəcək və neft indiki qiymətləri səviyyəsində sabitləşəcək.

***

Putin Suriyanın Hələb şəhərinin azad olunmasında Türkiyə və İran prezidentlərinin nəhəng rolunu qeyd edib.

***

Putinin sözlərinə görə, Rusiya səfirinin öldürülməsi Rusiya-Türkiyə münasibətlərinə qəsdddir.

***

Putin deyib ki, Kiyev ordunun öz ölkəsi daxilində - Donbasda təcavüzkara çevriməməsi barədə düşünməlidir.

***

Putin deyib ki, uduzan tərəf səbəbi qıraqda axtarmaqdansa, özündə axtarsa yaxşıdır. Putin bunu BBC-nin haker hücumları haqda ABŞ-ın Rusiyaya qarşı irəli sürdüyü ittihamlar barədə sualına cavabında deyib.

***

Putin deyib ki, "ABŞ-da Demokrat partiyası təkcə prezident seçkilərini yox, Senata, Nümayəndələr Palatasına seçkiləri də uduzdu. Buna da biz günahkarıq?"

"Bunlar indiki ABŞ hökumətinin sistemli problemlərindən xəbər verir"

Putin "Qafqaz əsiri" filmindən məşhur səhnəyə işarə edib ki, "sonra da 17-ci əsrə aid kilsənin qalıqlarında qonaqlıq elədik. O kilsəni də biz dağıtmışıq?"

***

Rusiya prezidenti 2018-ci ilə təyin olunan prezident seçkilərinin vaxtının dəyişdiriləcəyinə şübhə edir. O, Wall Street Journal qəzetinin sualına cavab verərkən belə deyib

***

Vladimir Putin deyib ki, 2018-ci ildə görülməli ən vacib məsələlər bunlardır: büdcə təşkilatlarında işləyənlərin maaşını 1,5 dəfə artırmaq, ailələrin 60 faizini mənzillə təmin etmək, 25 milyon məhsuldar yeni iş yeri yaratmaq

***

Rusiya prezidenti Vladimir Putinin ənənəvi dekabr mətbuat konfransı başlanıb.

Mətbiuat konfransına 1500 jurnalist toplaşıb.

Mətbuat konfransı dekabrın 23-də olmalı idi, ancaq Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun dəfni ilə bağlı dekabarın 23-nə keçirildi.

Putinin sözçüsü Peskov deyib ki, prezident bu tədbirə ciddi hazırlaşır, faktları, rəqəmləri yenidən yoxlayır, buna da günlərlə vaxt lazım olur.

***

Putin deyib ki, 2016-cı ildə Rusiya iqtisadiyyatında cüzi- 0,5-0,6 faiz azalma olacaq. O xatırladıb ki, keçən il azalma 3,7 faiz idi.

***

Putin deyib ki, bu il maşınqayırma, kənd təsərrüfatı kimi sahələr əhəmiyyətli artıma nail olub.

***

Putin deyib ki, bu il Rusiyada inflyasiya rekord həddə aşağı olub- 5,5 faiz.

***

Putin bildirib ki, demoqrafiyada müsbət dinamika saxlanır. Doğulanların sayı bir qədər azalsa da, ölüm xeyli azalıb, orta ömrün uzunluğu artır.

2015-ci ildə Rusiyada qadınların orta ömrü 77, kişilərin - 66 il idi.

***

Rusiya prezidenti deyib ki, "Biz istənilən potensial təcavüzkardan güclüyük"

***

Putin bildirir ki, Trumpın ABŞ-ın nüvə arsenalını gücləndirmək haqda dediklərində yeni heç nə yoxdur.

***

Putin deyir ki, büdcə "mühafizəkardır- neftin bir barrelinin 40 dollar qiymətinə əsaslanır"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG