Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 02:31

Ebola virusuna qarşı peyvənd tapılıb


Xəstəliyin daşıyıcısı «Aedes aegypti» adlı ağcaqanad növüdür.

Dünya Səhiyyə Təşkilatı (WHO) ölümcül Ebola virusuna qarşı vaksinin tapıldığını elan edib.

Təşkilatın yaydığı məlumatda vaksinin Qvineyada aparılan sınaqlardan uğurla çıxdığı, onu qəbul edənlərin xəstəliyə yoluxmadığı deyilir. «rVSV-ZEBOV» adlanan yeni peyvəndi Qvineyada ebolalı xəstələrlə ünsiyyətdə olmuş 5 min adama vurublar. «Nəticələr bundan belə Ebolaya qarşı müdafiəsiz olmadığımızı göstərir», - WHO-nun baş direktorunun köməkçisi, araşdırma müəlliflərindən biri Marie-Paule Kieny deyib.

Son Ebola epidemiyası 2013-cü ildə Qərbi Afrikada 11 min adamın ölümünə səbəb olub.

XS
SM
MD
LG