Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 19:11

Hərracda dollar 1.76 manatı keçdi


Dollar

Dekabrın 22-si Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. AMB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dolları üzrə 1.7575 məzənnəsi ilə başlayıb və 1,7620 ilə yekunlaşıb.

Dekabrın 14-də ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artırıb. Ekspertlər hesab edir ki, bu qərar manatın daha da ucuzlaşmasına səbəb olacaq. Hazırda «qara bazar»da 1 dolların 1.93 manata satıldığı bildirilir. Ölkənin əksər kommersiya bankları dollar satışından imtina edib.

Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Sentyabrın əvvəllərindən manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmaqdadır.

2006-ci il yanvarın 1-də manatın denominasiyasından sonra heç vaxt ABŞ dolları Azərbaycanda bu həddə yüksəlməyib. Onda 1 yeni manat 5000 köhnə manata bərabər götürülmüşdü.

Multimedia

XS
SM
MD
LG