Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:00

Binəqədidə yanğına görə təqsirləndirilənlərə iş istənildi


16-mərtəbəli bina yandı
Gözlə

No media source currently available

0:00 0:07:43 0:00

16-mərtəbəli bina yandı

2015-ci il mayın 19-da Binəqədidə yaşayış binasında 15 nəfərin öldüyü yanğınla bağlı məhkəmə yekunlaşır. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə altı aydır ki, davam edən prosesdə məhkəmə istintaqı başa çatıb. Dekabrın 20-də məhkəmədə prokuror çıxış edib.

Dövlət ittihamçısı Fərid Nağıyev deyir ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmədə sübuta yetirilib. Binanın qəsdən yandırılması haqda təqsirləndirilən şəxslərin və onların vəkillərinin məhkəmədə səsləndirdikləri fikirlərin inandırıcı olmadığını deyən prokurorun sözlərinə görə, bu versiyanı təsdiqləyən hər hansı sübut da ortaya qoyulmayıb.

Buna da bax-'Müşavirədə prezidenti aldatdılar'

İttihama görə, yanğın binaya bitişik birmərtəbəli tikilinin üstündəki zibil yığınından başlayıb. Binaya vurulmuş poliuretan üzlüklər tezalışan material olduğundan yanğın sürətlə yayılıb və ağır nəticələrə səbəb olub.

Prokuror çıxışının sonunda təqsirləndirilən şəxslərdən binanı üzləmiş «Global Construction» və həmin poliuretan üzlükləri istehsal edən «Global Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudova 10 il, «Global Stone»un keçmiş baş direktoru Uğur Bəşirova 8 il, «Global Construction»ın sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov və Binəqədi rayon Mənzil Təsərrüfat Birliyinin sabiq rəisi Ədalət Rəcəbovun hər birinə 7 il, binanın yerləşdiyi ərazi üzrə 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin keçmiş rəisi Nizami Orucov, Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri, BDU-nun müəllimi Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin keçmiş baş direktoru Akif Əlibəyovun hər birinə 5 il həbs cəzası verilməsini təklif edib.

Buna da bax-Yanan binaya görə DTX-ya məktub: 'Təxribat idi...'

Ağacavad Məmmədov və Akif Əlibəyov hazırda həbsdə deyil. Prokuror onların məhkəmə zalında həbs olunmasını istəyib.

Bu şəxslər Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurlar.

Dekabrın 27-də keçiriləcək növbəti məhkəmə iclasında vəkillər çıxış edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG