Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 16:46

Rusiyanın Türkiyədəki səfiri öldürüldü. Qatili güllələnib.


Andrei Karlov

Rusiyanın Xarici İşlər Nazirliyi ölkənin Türkiyədəki səfiri Andrey Karlovun Ankaradakı incəsənət qalereyasında çıxış edərkən bir nəfər tərəfindən güllələnərək öldürüldüyünü təsdiq edib.

Rusiya və Qərb xəbər agentlikləri naziriliyin sözçüsü Mariya Zaxarovaya istinadən bildiriblər ki, Andrey Karlov dekabrın 19-da aldığı güllə yaralarından ölüb.

Hadisənin Ankarada, Müasir Sənətlər Mərkəzində rəsm sərgisinin açılışında baş verdiyi bildirilir.

Hurriyet.com.tr-a danışan rus yetkilillər hücumu radikal islamçı terrorçuların gerçəkləşdirdiyini bildiriblər.

Buna da bax:​ Duma “Rusiya-Ermənistan birgə qoşunu” barədə qanunu qəbul etdi

Hadisə yerində olan fotomüxbirinə istinad edən Associated Press xəbər verir ki, səfirə atəş açan şəxs qara kostyumda və qalstukda olub.

Hadisə yerində olan kamerada atəş açanın türkcə səsləndirdiyi bəyanatı eşidilir:

“Bizim torpaqlarımızda törətdiyiniz hər şey üçün cavab verəcəksiniz. Biz asayişdə olmayınca, sız də olmayacaqsınız. Gedin və olduğunuz yerdə qalın. Burdan mənim meyitim çıxacaq” – deyib həmin şəxs.

Anadolu agentliyi xəbər verir ki, hücum edən Türkiyə xüsusi qüvvələri tərəfindən öldürülüb.

Buna da bax: Putin bir daha dedi ki, onu Erdoğanla Nazarbayev barışdırıb

"Rusiya səfirinin qətlə yetirilməsi lənətə layiqdir".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

"Bu qanlı terror aktına heç bir bəraət ola bilməz! Səfirə sui-qəsd terrorun ən vəhşi formalarından biridir"-, deyə o qeyd edib.

XİN-in bəyanatı

Azərbaycan Xarici İşlər Nazirliyi də hadisə ilə bağlı bəyanat yayıb.

Buna da bax:​ Gizli diplomatiya Türk-Rus böhranını belə bitirdi

Bəyanatda səfirin öldürülməsi qəti şəkildə pislənir:

“Rusiya Federasiyasının Türkiyədəki Səfiri Andrey Karlovun öldürülməsi ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyirik. Bu faciə ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və Rusiya Xarici İşlər nazirliyindəki bütün həmkarlarımıza dərin hüznlə baş sağlığı veririk”.

Bəyanatda “bu terror aktının hərtərəfli araşdırılacağına və günahkarların öz layiqli cəzalarını alacaqlarına əminlik” ifadə olunub.

Buna da bax: Türkiyə parlamenti “Türk axını” razılaşmasını ratifikasiya etdi

“Azərbaycan tam şəkildə inanır ki, səfir Andrey Karlova qarşı törədilmiş terror aktı Rusiya və Türkiyənin terrorizmlə mübarizədə əzmini, əməkdaşlığını və birgə səylərini daha da gücləndirəcək. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Heç bir halda terrorizmə bəraət qazandırıla bilməz” deyə bəyanatda qeyd olunub.

Şərhlər (4)

Bu forum dayandırılıb
XS
SM
MD
LG