Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:36

Ter-Petrosian təzədən hakimiyyətə gələrsə...


Levon Ter-Petrosian
Levon Ter-Petrosian

Ermənistanda müxalifət liderlərindən olan Levon Ter-Petrosian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırır.

Bunu Ter-Petrosian-ın lideri olduğu müxalif "Erməni Milli Konqresi" partiyasının (EMK) parlament fraksiyasının rəhbəri Levon Zurabian bildirib. Zurabianın sözlərinə görə, bu, EMK-nin yaxınlaşmaqda olan parlament seçkilərində qələbəsini təmin edə biləcək addımdır.

DİNC NİZAMLAMA PROSESİ DƏSTƏKLƏNMƏLİDİR

«Bu vaxta qədər biz yalnız mövcud iqtidarın status-kvonu saxlamağa çalışdığının şahidi olmuşuq. Bu isə milli sərvətlərin talanması, korrupsiya, təhlükəsizliyimizin laxlaması ilə müşayiət olunub. Biz isə başqa şey deyirik: iqtidar kim olur-olsun, təslimçiliyi nəzərdə tutmayan dinc nizamlamaya gedirsə, bu proses dəstəklənməlidir. Ter-Petrosian münaqişəni sülh yolu ilə nizamlamağa çağırır. Bu bizim proqramımızdır. Əgər biz seçkilərdə qalib gəlsək, hakimiyyət bizim olsa, bunu edəcəyik. Biz açıq şəkildə... bu proqramı xalqa təqdim edirik», – deyə Levon Zurabian AzadlıqRadiosu-nun erməni xidmətinə aid “Azatutyun TV”nin analitik bazar proqramında bildirib.

Buna da bax:​ Petrosyan seçkiyə sülh və mehriban qonşuluq şüarı ilə gedir

EMK-nin parlament fraksiyasının rəhbəri qeyd edib ki, hazırda bu məsələnin həlli indiki iqtidarın əlindədir.

«Levon Ter-Petrosianın çağırışı Serzh Sarkisiana aid deyil, sülh prosesini dəstəkləməklə bağlıdır. Bu proseslə kim məşğul olur-olsun. Əgər biz hakimiyyətə gəlsək, bunu biz edəcəyik. Başqa bir iqtidar bunu etməyə çalışsa, bu prosesi dəstəkləyəcəyik. Bəli, məqsədimiz cəmiyyətimizin və bütün siyasi qüvvələrin bu məqsədin gerçəkləşməsi naminə birləşməsidir», – deyə Zurabian bildirib. O qeyd edib ki, seçkiqabağı mübarizədə qələbəyə aparan ən mühüm alət partiya, yaxud siyasi qüvvənin seçkidə səsləndirdiyi çağırışdır.

YENİ PERSPEKTİVLƏR AÇAN QƏLƏBƏ VƏDİ

Zurabianın fikrincə, EMK «erməni xalqına yeni perspektivlər açan qələbə vədi verir».

Buna da bax: Darren Mcdew: Azərbaycan ABŞ-ın güclü tərəfdaşına çevrilib

Levon Zurabian (sağda)
Levon Zurabian (sağda)

«Məsələn, bu gün bir neçə nəfər mənə yaxınlaşaraq yetərincə maraqlı bir şey danışdı. Onlar dedilər: ‘bu bəyanat əhalinin ölkədən getməsinin qarşısını ala bilər. Çünki xalq, cəmiyyətimiz görəcək ki, bu gün Ermənistanı boğan problemləri ciddi həll etmək ...niyyətində olan siyasi qüvvə var’. Buna görə də mən düşünürəm ki, bu, həm də seçkilərdə EMK-nə qələbəni təmin edə biləcək dəqiq bəyanatdır», – deyə Zurabian bildirib.

Qeyd edək ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosian EMK-nin şənbə günü qurultayındakı çıxışını, əsasən, Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr edib. O, çıxışında qeyd edib ki, «Qarabağ münaqişəsinin mərhələli həldən başqa həll yolu yoxdur».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG