Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 07:02

Şəki Barama Toxumu və Şəmkir Balıq zavodu hərracda


Şəki Barama toxumu zavodu

Əmlak Məsələləri Dövlət Komitəsi yanvarın 17-də 52 daşınmaz əmlak obyektinin satışı üzrə hərrac elan edib.

“32 obyekt hərraca ilk dəfə çıxarılır, onların 24-ü Bakıdadır. 20 obyekt investorlara təkrar təklif edilib”, deyə qurumun mətbuat xidməti bildirir.

Satışa çıxarılan 32 obyekt əvvəlkindən daha ucuz qiymətə təklif edilir.

Hərraca çıxarılan müəssisələr arasında Şəki Barama Toxumu zavodu, Şəmkir Balıq zavodu da var.

Buna da bax:​ Hərracda yalnız 16 əmlak özəlləşdirilib

Hərracda ən baha qiymət Sabunçu rayonunda yerləşən və 60011 kv/m. torpaq sahəsi olan yardımçı təsərrüfata qoyulub - 1 milyon 85 min manat.

Şəki Barama Toxumu zavodunu isə 485 min manata almaq olar.

Ekspertlər qeyd edir ki, bir sıra dövlət obyektləri məhz yüksək start qiyməti üzündən alıcı tapmır. Ona görə ehtimal etmək olar ki, üçüncü təkrar hərracda start qiyməti 10 faiz ucuzlaşdırılacaq.

Buna da bax: Zavod 870, poliklinika 717, tikiş fabriki 110 min manata... [video]

Xatırlatma

Bu il iyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliyinin artırılması ilə bağlı fərman imzalayıb.

Bundan sonra ölkədə özəlləşdirmənin yeni mərhələsi start götürüb. Bir sıra hərraclar keçirilib.

Buna da bax:​ Hərraca çıxarılan 73 əmlakdan 18-i satılıb

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.

Multimedia

XS
SM
MD
LG