Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 02:48

NATO-da Rusiya müzakirələri


Douglas Lute

Bu gün-dekabrın 19-da Brüsseldə NATO və Rusiya rəsmilərinin toplantısı olacaq. ABŞ-ın NATO-dakı səfiri Douglas Lute-un «ABC News»a verdiyi məlumata görə, diplomatlar Rusiyanın NATO ölkələrinə düşməncəsinə müdaxiləsi məsələsini qaldıracaqlar.

Son günlər Vaşinqton Rusiyanın ABŞ-a kiber-hücumları barədə ittihamlarını tez-tez səsləndirir, rəsmilər bu işdə birbaşa Kremlin əli olduğunu deyirlər.

Amma D.Lute Brüsseldə birbaşa ABŞ-ın siyasi orqanlarının üzləşdiyi kiber-hücumlardan danışmayacaqlarını deyib. Onun sözlərinə görə, bu problem alyansa üzv olan digər demokratik ölkələrdə də müşahidə edilib və onların hamısı müzakirə mövzusu olacaq.

XS
SM
MD
LG