Dekabrın 18-də təxminən 350 adam Hələbdən çıxa bilib. Şahidlər yaralıları şəhərdən çıxaran avtobuslara hücum edildiyini deyirdilər. Avtobuslar hökumətin nəzarətində olan ərazilərə keçəndə saxlandıqlarından əhalinin, eləcə də Hələbdəki müşahidə və yardım missiyaları üzvlərinin evakuasiya məsələsi hələ də sual altında qalır.
BMT Təhlükəsizlik Şurası bu gün—dekabrın 19-da toplantı keçirəcək, Hələbə müşahidə missiyası göndərmək məsələsini müzakirəyə çıxaracaq. Fransanın təklif etdiyi layihəyə görə, missiya şəhər sakinlərinin evakuasiyasına nəzarət etməlidir.