Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 07:50

İz-Marks 70 il öncənin Təbrizindən danışdı...


Seyid Cəfər Pişəvəri

“1946-cı ilin 12 dekabrı... Axşam saat 7 civarında bir maşın gəldi. Bizi o maşına mindirdilər. Yerə 3-4 yorğan saldılar. Atamı, anamı, bacılarımı, məni gətirdilər Culfaya. Soyuq bir gün idi. Mən maşının barmaqlıqlarından baxırdım. Sərhədə çatanda qışqırıq səsləri eşitdim: “Kavian gəldi! Kavian gəldi!.”. Ruslar qapını açdılar. Atam sərhədi keçdi. 10 dəqiqə kiminləsə söhbətləşdi. Sonra geri qayıdıb bizi adbad səslədi: “Səkinə, Məlahət, Turan, Marks... düşün!”. Hamımızı sərhəddən keçirdi... Gəldik Naxçıvana. Baş prokuror Tağı Qəhrəmanovun evində 15 gün qaldıq. Yanvarda Bakıya gəldik...”.

Bu sözlər 1945-ci ildə qurulmuş, düz bir il ömür sürmüş Cənubi Azərbaycan Milli hökumətinin müdafiə naziri Cəfər Kavianın Bakıda yaşayan oğlu Marks Kavianın AzadlıqRadiosuna dediklərindəndir.

Hər il Milli Hökumətin yaranış və süqut günü- 1945-ci ilin 12 dekabrından 1946-cı ilin 12 dekabrınadək yaşananlar yaddaşlarda təzələnir, müzakirə mövzusuna çevrilir.

- “21 Azər” nədən yarandı?

- Niyə yenildi?

- Pişəvəri öldü, ya öldürüldü?

- Bu inqilab nə qədər insanın canı bahasına başa gəldi?

Suallar çox, cavablar fərqli...

AzadlıqRadiosunun “İz” proqramı bu bazar efirə gedən sayını bir daha “21 Azər” hərəkatına həsr edib.

Dekabrdan-dekabradək olan mübarizə tarixinə bir də fərqli baxış bucağından baxaq.

Dekabrın 18-də saat 23-də izə düşün, “İz”dən çıxmayın.

İz-Anons
Gözlə
Embed

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

XS
SM
MD
LG