Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 20:13

Medvedev yeni il süfrəsində xarici ərzaqları qadağan elədi


Dmitry Medvedev

Rusyanın baş naziri Dimitry Medvedev bildirib ki, yeni il sürfəsində yalnız yerli ərzaqlar olacaq. Bunu baş nazir NTV kanalına müsahibəsində deyib.

O bildirib ki, hökumətin əsas məqsədlərindən biri, əhalini yerli ət və balıq məhsulları, meyvə-tərəvəzlə təmin eləməkdir və artıq bu məhsulların böyük hissəsi ölkədə istehsal olunur.

Baş nazir bildiribn ki, onun yeni il süfrəsində mütləq yerli ət və balıq məhsulları, o cümlədən tərəvəz olacaq.

Medvedevin sözlərinə görə bu məhsullar son bir neçə il ərzində ölkədə yaradılan yeni müəssisələrdə istehsal olunur.

Qeyd edək ki, Rusiya Qərbin sanksiyalarına cavab olaraq, 2016-cı ilin iyununda Avropa Birliyi ölkələri, ABŞ və Kanadaya qarşı ərzaq embarqosunu daha 6 ay uzadıb.

XS
SM
MD
LG