Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:16

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul satır


Azərbaycan istehsalı, "Yırtıcı" (yuxarıda), "Yalquzaq"
Azərbaycan istehsalı, "Yırtıcı" (yuxarıda), "Yalquzaq"

Hazırda 10-dan çox ölkəyə Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatlar ixrac edilir.

AzərTAC-ın məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov Nazirliyinin yaradılmasının 11-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə deyib.

Buna da bax: AZƏRBAYCANIN İSTEHSAL ETDİYİ SİLAHLAR

Nazirin sözlərinə görə, 2016-cı ildə xüsusi təyinatlı hücum pulemyotu, avtomatik qumbaraatan kompleksi, “İstiqlal-1T” snayper tüfəngi, soyuq atış kollimatoru, avtomatik top, artilleriya və tank topları üçün atəş yığımları və tank əleyhinə qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının sınaqlarına başlanılıb.

Azərbaycan istehsalı, "İstiqlal" yuxarıda
Azərbaycan istehsalı, "İstiqlal" yuxarıda

Y.Camalov deyib ki, Azərbaycan Silahlı Qüvvələri-ni yeni növ “Zərbə” pilotsuz uçuş aparatları ilə təmin etmək üçün yaxın vaxtlarda bu məmulatın seriyalı istehsalına başlanılacaq. Bununla bağlı, Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında anlaşma memorandumu imzalanıb.

Müdafiə Sənayesi Nazirliyi 2005-ci ilin dekabrında yaradılb. Nazirlik müdafiə, radioelektronika, cihazqayırma sənayeləri sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG