Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:22

Şahmar Mövsümov: 'Yeni iqtisadi model axtarışı başlayıb'


Şahmar Mövsümov, 28 yanvar 2009
Şahmar Mövsümov, 28 yanvar 2009

“Ötən ildən Azərbaycanda 2 dəfə devalvasiya olub, neftin qiyməti 3 dəfə düşüb, büdcədə azalma var, tədiyyə balansında problemlər müşahidə olunur".

Bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bunlar təbii və obyektiv proseslərdir: Şahmar Mövsümov deyib ki, Azərbaycanın 10 ildə olan iqtisadi modeli, artımı özünü doğruldub, qısa müddətdə yeni infrastruktur qurulub, Azərbaycan tamamilə yeni ölkəyə çevrilib:

Buna da bax: Şahmar Mövsümov: «Hökumətin dözmək fikri yoxdur»

“Ancaq yeni iqtisadi şəraitdə bu modelin davam etdirilməsinin o qədər də töhfəsi böyük olmadı. Ona görə də ölkədə yeni iqtisadi modelin axtarışına başlanılıb. Prezident tərəfindən növbəti mərhələ üçün Strateji Yol Xəritəsi imzalanıb. Bütün sahələri əhatə edən bu sənəd artıq açıqlanıb, hər kəs, xüsusilə iqtisadçılar ona baxıb öz fikirlərini, rəylərini verə bilər".

“İqtisadçılar azdır”

Şahmar Mövsümov ölkədə yüksək səviyyəli iqtisadçıların azlığından da şikayətlənib:

"Bu gün ən mühüm problem odur ki, ölkədə yüksək səviyyəli mütəxəssis iqtisadçı azdır".

Buna da bax: Ş.Mövsümov: «Biz valyutaların arxasınca düşmürük»

2015-ci ildə manatın iki devalvasiyasından, neftin dəyəri 3 dəfə ucuzlaşdıqdan sonra rəsmi Bakı ölkənin postneft dövrünə daxil olduğunu bəyan edərək qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndiriməsi xəttini götürüb. Müxtəlif strateji konsepsiylar və yol xəritələri hazırlanır. Haqqında bəhs edilən “Milli İqtisadiyyat və iqtisadiyyatın əsas inkişaf istiaqəmətləri haqqında” Strateji Yol Xəritəsi də bu yöndə inkiaf istiqamətlərini müəyyən edən əsas sənəddir.

Müstəqil istisadçılar isə ölkəni maliyyə böhranından çıxarmaq üçün hakimiyyəti təcili monopoliyanın ləğvinə, rəqabətli bazar formalaşdırılması üçün məmur sahibkarlığına son qoymağa, ədalətli məhkəmə sistemin bərpasına, insan hüquq və azadlıqların, o cümlədən, mülkiyyət hüququnun qorumağa və təmin etməyə çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG