Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 04:48

'Moody's' gələn il 1 faiz artım proqnozlaşdırır


Moody's

«Moody's» beynəlxalq reytinq agentliyi 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1.1, 2018-ci ildə isə 1.9 faiz artacağını proqnozlaşdırır.

Agentlik hesab edir ki, manatın qiymətdən düşməsi, yüksək inflyasiya, bank sektorunun zəifliyi böyük iqtisadi risk yaradır.

«Moody's» ÜDM-də artım proqnozunu karbohidrogenlərin bahalaşması və «Şahdəniz 2»dən hasilatın çoxalacağı ilə bağlayır.

Agentlik kredit qabiliyyətini Ва1 qiymətləndirir. Qeyd edilir ki, bunu karbohidrogen ehtiyatı, artan, amma az xarici dövlət borcu və Neft Fondunun böyük valyuta ehtiyatı dəstəkləyir.

«Moody's» həmçinin qeyd edir ki, ölkə iqtisadiyyatı zəif şaxələndirilir, bank sistemi gücsüzdür.

Agentlik korrupsiya ilə mübarizənin səviyyəsi və makroiqtisadi məlumatların məxfiliyini də mənfi qiymətləndirib.

«Moody's» dövlət maliyyəsini neftdən asılı saysa da, fiskal gücü yüksək hesab edir.

Bu ilin 11 aynda rəsmi bilgilərə görə, ölkə iqtisadiyyatı 4 faiz kiçilib. Neft Fondunun isə 36 milyard dollara yaxın ehtiyatı olduğu bildirilir.

XS
SM
MD
LG