Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 18:17

'Fövqəlnazir' və SOCAR rəhbəri dənizdə


Neft Daşları
Neft Daşları

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayevin Xəzər dənizində neftçilərin itkin düşdüyü əraziyə getdikləri bildirilir.

Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.

Dekabrın 15-i «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakadanın uçması nəticəsində 10 neftçi dənizə düşüb. Onlardan yalnız birinin cəsədi tapılıb.

Xəbərə görə, hər iki rəsmi şəxs itkin düşmüş neftçilərin axtarışında iştirak edən müvafiq qurumların rəhbərləri ilə müzakirə aparırlar.

TƏXRİBAT?

Dekabrın 16-sı Milli Məclisin iclasında da bu məsələyə toxunulub.

Buna da bax-SOCAR-da nə baş verir? Köhnələr tapılmamış, təzə neftçilər itkin düşdü...

APA-nın xəbərinə görə, deputat Qüdrət Həsənquliyev bildirib ki, artıq son bir ildə eyni hadisənin ikinci dəfə baş verməsi olduqca ciddi və təhlükəli siqnaldır.
O qeyd edib ki, bu hadisə hansısa ölkənin təxribatı da ola bilər:

Uçan estakada
Uçan estakada

«Azərbaycan elə ölkələr ilə sərhəddə yerləşir ki, apardığımız xarici siyasət onların əksər vaxt xoşuna gəlmir. Bu hadisə də həmin ölkələrin xüsusi xidmət orqanlarının əməlləri ola bilər ki, orada estakadada qəza vəziyyəti yaratsın və nəticədə bu hadisələr baş versin. Yaxud bu, başqa bir səbəbdən də ola bilər. Məsul şəxslərin ciddi ehtiyatsızlığı və sair. O baxımdan mən hesab edirəm ki, parlament bu məsələdə öz sözünü deməlidir. Baş Prokurorluğa müraciət edək və bu ciddi araşdırılsın, ortaya nəticə qoyulsun. Mən ölənlərin yaxınlarına səbir diləyirəm».

Spiker Oqtay Əsədov isə deputata irad tutub: «Bu məsələ ilə bağlı dövlət komissiyası yaradılıb və məşğul olur. Onlar araşdırıb nəticə ortaya qoymamış Milli Məclis nə edə bilər? Danışanda, bir az diqqətli olun».

XATIRLATMA

Bu, son illər Xəzərdə Azərbaycan neftçilərinin üzləşdiyi heç də yeganə faciəli hadisə deyil.

2014-cü ildə də «Azneft» İstehsalat Birliyinin strukturuna daxil olan bu idarədə 3 dəfə qəza baş verdiyi, nəticədə 5 nəfərin həlak olduğu bildirilir.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında baş verən yanğında isə itkin düşənlərdən bəzilərinin cəsədləri, hələ də, tapılmayıb. Həmin yanğın zamanı 64 nəfərdən 34-ü xilas edilmişdi. Onda itkin sayılan 30 neftçidən 15-dən çoxunun meyiti doğmalarına verilməyib.

İtkin neftçinin oğlu danışır
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG