Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 16:22

İran Hələbin alınmasını bayram edir


Hassan Rohani

İran Hələbin alınmasını ABŞ üzərində qələbə hesab edir. Bunu İran prezidenti Hassan Rohani suriyalı həmkarı Bashar al-Assad-lə telefon söhbətində deyib. Prezidentin saytında yayılan məlumata görə, o, B.Assad-ı Suriya xalqının «terrorçulara və onların arxasında dayanan ABŞ-a» qələbəsi münasibətilə təbrik edib, bu günləri İranın da bayram etdiyini və Tehranın həmişə Dəməşqin yanında olacağını söyləyib.

İran və Suriyanın digər müttəfiqi Rusiya B.Assad rejiminə qarşı çıxan qiyamçıları «terrorçu» adlandırır.

İndi İranın hər yerində Suriyanın Birləşmiş Ştatlara qalib gəldiyi, Hələbin azad olunduğu haqda xəbərlər yayılır.

BMT isə Hələbdə müharibə cinayətlərinin törədildiyini, Suriya ordusunun yüzlərlə şəhər sakinini qırdığını deyir.

XS
SM
MD
LG