Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:49

ABŞ faizi qaldırdı, manatın ucuzlaşması sürətlənəcək


İki gün davam edən iclasın sonunda, dekabrın 14-də Birləşmiş Ştatların Federal Ehtiyat Sistemi (FED) son on ildə ikinci dəfə uçot dərəcəsini və ya bank faizini qaldırıb.

Bu iqtisadiyyatın və əmək bazarında vəzyyətin yaxşılaşdığına dəlalət edən hadisədir.

ABŞ mətbuatı yazır ki, Federal Ehtiyatların Açıq Bazar Komitəsi minimum faizi 25 xal qaldıraraq 0, 50 faizlə 0, 75 faiz arasına çatdırıb.

Federal Ehtiyatlar 2017-ci il üçün də daha üç faiz qalxımı proqnozlaşdırıb.

Bu xəbərin yayılması ilə birjalarda səhm qiymətləri düşüb. Dow0.2% və S&P 500 indeksi 0.3%azalıb. Qızılın qiymətində 0, 3 faiz artım qeydə alınıb.

İnvestorlar faiz artımını bir il idi ki, gözləyirdilər və bu 2016-cü il üçün sonuncu artım olacaq. Bundan əvvəl minimum faiz 2015-ci ilin dekabrında qaldırılmışdı.

Ekspertlər bildirirlər ki, Federal Ehtiyatların faiz artımı qərarını bir sıra müsbət iqtisadi göstəricilər şərtləndirib.

İşsizlik böhrandan əvvəlki səviyyəyə - 4, 6 faizə enib.

Yalnız inflyasiyanın qalxması davam edir və bu prosesin Donald Trump-ın prezidentliyi dövründə davam edəcəyi gözlənilir.

Manatın növbəti ucuzlaşması labüddür

Buna baxmayaraq, Mərkəzi Bankın bir müddət “gözləmə mövqeyi” tutacağı ehtimal edilir. Yalnız bu müddətdən sonra bank faizləri tədricən qalxmağa başlayacaq.

Federal Ehtiyatların qərarı dolların başqa valyutalara nisbətdə sıçrayışlı artımına səbəb olub.

Avro dollara nisbətdə $1.0622-dan $1.0543-ə düşüb. Britaniya funtu və Yaponiya yeni də dollara nisbətdə bir qədər ucuzlaşıb.

Federal Ehtiyatların qərarının Azərbaycan manatına mümkün təsiri barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, FED-in uçot dərəcəsini artırması Azərbaycanda da manatın ucuzlaşmasını sürətləndirəcək.

N.Cəfərli: "FED-in qərarı bütün dünyada dolları bahalaşdıracaq"
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00
Direct-ə keçid

ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin maliyyə uzrə dosenti Fariz Hüseynli AzadlıqRadiosuna müsahibədə qərarın ABŞ iqtisadiyyatına və dünya neft bazarına mümkün təsirlərindən danışır.

Fariz Hüseynli
Gözlə
Embed

No media source currently available

0:00 0:05:02 0:00
Direct-ə keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG