Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 11:20

Qar, çovğun, şaxta gözlənir


Bakıda qar - 2014

Dekabrın 15-i Bakı və Abşeron yarımadasında qar yağacağı bildirilir. Yarımadanın bəzi yerlərində yağıntının arabir intensivləşəcəyi, gecə və səhər çovğun olacağı ehtimal edilir. Yolların buz bağlayacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, gecə 1-3 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, Bakıda 0-3 dərəcə şaxta olacaq.

Azərbaycanın rayonlarında da yağış, sulu qar, qar yağacağı bildirilir. Gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta təxmin edilir.

Yolların buz bağlayacağı bildirilir.

XS
SM
MD
LG