Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 02:29

Dövlət agentliyində maliyyə pozuntuları


Manat

Hesablama Palatası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə (Agentlik) büdcədən ayrılan vəsaitlərin istifadə vəziyyəti ilə bağlı hesabatı təsdiq edib. Hesabat 2014-2015-ci illəri və 2016-cı ilin birinci rübünü əhatə edir.

Audit dövlət büdcəsindən aparatın və onun tabeliyində olan «Azalternativenerji» MMC-in saxlanılmasından ötrü ayrılan 7.3 mln. və cəlb edilmiş 2.5 mln. manat kredit resursunu əhatə edib. Bundan başqa, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10.6 mln. manat məbləğin də taleyi araşdırılıb.

Hesabatda deyilir ki, ölkədə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə proqramında müəyyən edilən tədbirlər vaxtında, tam icra olunmayıb. «Azalternativenerji» MMC-nin idarəetmə orqanlarından olan Müşahidə Şurası və Elmi Metodiki Mərkəz yaradılmayıb. Bundan başqa, «2015-2020-ci illər üzrə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair dövlət layihəsi də təmin edilməyib.

Hesabatda qeyd edilir ki, bir neçə obyektin smeta dəyərlərinin müxtəlif olduğu müəyyənləşdirilib. Bəzi aktivlər əsas vəsait kimi uçota alınmayıb. Üstəlik, 2015-ci ilin hesabat dövrü üzrə mənfəət vergisinin bəyannaməsində mənfəət vergisi az göstərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Palatanın rəsmi saytında dərc edilən bu hesabata, hələlik, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən münasibət bildirilməyib.

XS
SM
MD
LG