Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:48

'Jumeirah' da getdi...


"Jumeirah Bilgah Beach Hotel"

“Jumeirah”ın “Jumeirah Bilgah Beach Hotel” şirkəti ilə əldə olunan razılığa əsasən ölkədən getdiyi deyilir.

Bu haqda oteldən fins.az-a bildiriblər.

Məlumatda qeyd edilir ki, tərəflər arasındakı idarəetmə müqaviləsi dekabrın 31-də bitəcək. Bununla əlaqədar 2017-ci ildən hotel daha "Jumeirah" adını daşımayacaq. Otelin hansı ad altında fəaliyyətini davam etdirəcəyi, hələlik, açıqlanmır.

Buna da bax:​ Bakıda ən yaxşı otellərin bəziləri Əliyevlərindir

Ancaq hotelin rebrendinq olunacağı (brendin və ya onun tərkib hissələrinin dəyişdirilməsi ilə bağlı aparılan kompleks tədbirlər planı) da istisna edilmir.

“Jumeirah Bilgah Beach Hotel”i Bakıda 2012-ci ildən fəaliyyət göstərir.

Son bir il ərzində artıq üçüncü hotel brendidir ki, Azərbaycanı tərk edir.

Buna da bax: Əcnəbi iş adamlarının Azərbaycandan köçü

2015-ci ilin axırlarında “Rixos” brendi “Samaxi Platinum Hotel by Rixos”dan imtina etmişdi. Sonradan hotel "Samaxi Palace Sharadil Hotel" kimi fəaliyyətini davam etdirdi.

2016-ci ilin iyulunda isə "Kempinski" brendi Azərbaycandan getdi.

“Kempinski” gedəndən sonra hotel “Badamdar Hotel Baku” adı ilə fəaliyyətini sürdürməyə başlayıb.

XS
SM
MD
LG