Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 09:04

Türkiyədəki terror nədən qaynaqlanır?


İstanbul, terrordan sonra polis və həkimlər gəlir

Müharibə gedən Suriyada PKK-nın güclənməsi Türkiyədə qanlı hücumlara səbəb olur. Bunu ekspertlər deyir.

Bu il Türkiyədə azı 10 böyük terror hücumu olub. Bu hücumlarda azı 270 adam ölüb.

Türkiyə hökuməti ilə PK arasında döyüşlərin yeni mərhələsi 2015-ci ilin iyulundan başlanır. Həmin vaxt hökumət təyyarələrlə PKK-nın Suriyadakı və İraqdakı düşərgələrini bombladı və 1000-ə yaxın PKK üzvü öldü.

Beynəlxalq münasibətlər üzrə ekspert Hüseyn Bağçı Reutersə deyir: “Sülh prosesi başa çatıb. O vaxtdan, xüsusilə də son bir ildə PKK terrorizmi güclənib ”

Digər ekspert isə hesab edir ki, Suriya böhranı Suriya Kürd Demokratik Birlik partiyasının hərbi qanadı olan Xalq Müdafiə Birləşmələrinin güclənməsinə şərait yaradır.

Haldun Yalçınkaya: “Suriya Kürd Demokratik Birlik partiyası ilə PKK terror təşkilatı arasında sıx əlaqələr var. Bununla da PKK Suriyadan Türkiyəyə bir sıra terror taktikalarını idxal edir”.

Türkiyədəki terrorun səbəbi
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Suriyanın şimalında isə Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu İslam Dövləti Təşkilatının yaraqlılarına qarşı döyüşlərdə irəliləyir. Azad Suriya Ordusu ilə kürd qruplaşmaları arasında da döyüşlər olub.

XS
SM
MD
LG